7NEWS.az xəbər verir ki, Cənubi Çin dənizinin mübahisəli bölgəsində münaqişənin qarşısını almaq üçün Çin və Filippin arasında telefon xəttinin qurulacağı bildirilib. Associated Press (AP) agentliyinin əldə etdiyi iki ölkə arasında yeni imzalanmış müqaviləyə əsasən, Çin və Filippin prezidentlərinin ofisləri arasında birbaşa rabitə xətti açılacaq. Bu yolla Cənubi Çin dənizindəki mübahisəli sularda yeni münaqişələrin qarşısının alınması hədəflənir. Danışıqlar Xarici İşlər Nazirliyi və ya nazirliyin təyin etdiyi nümayəndələr, o cümlədən dövlət başçıları səviyyəsində aparıla bilər.
7NEWS.az








