Çin 50 futbol meydançası böyüklüyündə dünyanın ən böyük yerüstü kosmik stansiyası olan SESRI təsisini açdı. SESRI müxtəlif kosmik mühitlərin simulyasiyasına imkan verən dörd əsas laboratoriyaya malikdir.
7NEWS.az xəbər verir ki, Çin təkcə kosmos sahəsindəki buraxılış hədəfləri ilə deyil, həm də bu sahədəki tədqiqat infrastrukturu ilə dünyanın ən güclü ölkələrindən biri olmağı hədəfləyir. Bu məqsədə doğru Çin Ayda baza stansiyasının yaradılması da daxil olmaqla, geniş spektrli iddialı layihələr üzərində işləyir. Bunlardan biri, Kosmik Mühitin Simulyasiyası və Tədqiqat İnfrastrukturu (SESRI) adlı dünyanın ən böyük yerüstü kosmik stansiyası istifadəyə verilib.
7NEWS.az








