Son sutka ərzində Çində 27 , Cənubi Koreyada isə 33 nəfərə COVİD-19 diaqnozu qoyulub.
7News.Az xəbər verir ki, ümumi yoluxma sayının 84 min 491 nəfər olduğu Çində 4 min 634 nəfər virus səbəbilə həyatını itirib. Bugünədək 79 min 47 nəfərin sağaldığı ölkədə 810 nəfər hələ də müalicə alır.
Cənubi Koreyada isə ümumi yoluxma sayı 14 min 456 nəfərdir. Onlardan 306 nəfər həyatını itirib, 13 min 406 nəfər isə virusa qalib gəlib.








