Çin Latın Amerikasının 5 ölkəsinə birtərəfli viza azadlığı verəcək
7NEWS.az xəbər verir ki, Çin, COVID-19 epidemiyasından sonra xaricdən ölkəyə səyahəti artırmaq məqsədi daşıyan birtərəfli viza azadlığı proqramına beş Latın Amerikası ölkəsini daxil edəcəyini açıqladı. Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cien verdiyi açıqlamada Braziliya, Argentina, Çili, Peru və Uruqvay vətəndaşlarının viza liberallaşdırılmasından faydalanacağını bildirib. Viza güzəştləri biznes, turizm, ailə səfərləri və tranzit səyahətləri ilə məhdudlaşacaq.