Pakistanda hökumət maliyyə böhranından çıxmaq üçün keçən ilin yayında Beynəlxalq Valyuta Fondu ilə 3 milyard dollarlıq xilasetmə sazişi imzalayıb.
7NEWS.az xəbər verir ki, Çin Pakistanın 2 milyard dollarlıq kredit borcunun ödənilməsini bir il təxirə salıb. Pakistanın ən böyük media orqanı olan Geo News, maliyyə nazirliyindəki mənbələrə əsaslanaraq, 2 milyard dollarlıq kreditin mart ayında ödənilməli olduğunu və bir il müddətinə uzadıldığını açıqladı.
7NEWS.az








