RU
Çin süni intellekt təhlükəsinə qarşı tədbirləri artıracaq
13:34
41

Çin süni intellekt təhlükəsinə qarşı tədbirləri artıracaq


Çin Kommunist Partiyasının rəhbərliyi Pekində keçirilən toplantıda "siyasi təhlükəsizliyin qorunması və internet məlumatlarının və süni intellektin təhlükəsizliyinin idarə edilməsinin təkmilləşdirilməsi üçün xüsusi səylərin zəruriliyini" hərtərəfli müzakirə edib.

7NEWS.az xəbər verir ki, Çində hakim Kommunist Partiyası (ÇKP) süni intellektin inkişafının yaratdığı riskləri əsas gətirərək, milli təhlükəsizlik tədbirlərini artırmağa çağırıb. Çin sədri Xi Jinping-in rəhbərliyi ilə toplantı keçirən Kommunist Partiyasının yaydığı bəyanatda hökumətin son texnoloji inkişaflarda qlobal liderliyi ələ keçirmək əzmi vurğulanır, eyni zamanda bu cür texnologiyaların mümkün sosial və siyasi zərərlərinə diqqət çəkilir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ