7NEWS.az xəbər verir ki, Çin-Tayvan gərginliyindən sonra Pekin rəhbərliyinin aprelin 16-da Tayvanın şimalındakı hava məkanını 27 dəqiqə müddətinə bağlayacağı bildirilib. Tayvanın Nəqliyyat və Rabitə Nazirliyi Pekin hökumətinin qərarına etiraz edib. Tayvan Nəqliyyat və Rabitə Nazirliyi Pekin rəhbərliyinin bu qadağanı ilk olaraq 16-18 aprel tarixləri arasında 3 gün tətbiq etmək istədiyini, lakin Tayvandan gələn reaksiyalardan sonra bunun 27 dəqiqəyə endirildiyini açıqlayıb.
7NEWS.az








