RU
Çin və Hindistan əsgərləri arasında atışma olub - Ölənlər var
15:04
309

Çin və Hindistan əsgərləri arasında atışma olub - Ölənlər var

Çinlə Hindistan sərhədində, Kəşmir bölgəsinin Ladakh şəhəri yaxınlığında iki ölkənin əsgərləri arasında atışma baş verib.

7News.Az Trend-ə istinadən xəbər verir ki, atışma nəticəsində üç Hindistan əsgəri həlak olub. Çin tərəfdən hər hansı bir itkinin olmadığı deyilir.

Qeyd olunur ki, insident hindistanlı hərbçilərin mübahisəli bölgədə sərhədi keçməsindən sonra başlayıb.

Hər iki ölkə nümayəndələri vəziyyətlə bağlı hərbi rəsmilər arasında danışıqlar aparıldığını deyib.

 

Bir müddət əvvəl Hindistan Çini bölgəyə hərbi dəstə göndərməkdə ittiham etmişdi.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ