7NEWS.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Sədr Si Cinpin ölkəsinə səfər edən Kolumbiya prezidenti Qustavo Petro ilə görüşüb. Liderlər paytaxt Pekində Böyük Xalq Salonunda keçirilən görüşdə iki ölkə arasında "strateji tərəfdaşlıq” qurulduğunu açıqlayıblar. Görüş zamanı Si bəyan edib ki, Çin və Kolumbiya arasında əlaqələr 43 il əvvəl diplomatik münasibətlərin qurulmasından bu yana beynəlxalq dəyişikliklərin sınağından çıxıb və müsbət inkişaf tempini qoruyub saxlayır.
7NEWS.az








