Dünyanın kabusuna çevrilən "2019-nCoV" koronavirusundan ölənlərin sayı 491-ə çatıb. 7News.Az-ın superhaber.tv-yə istinadən verdiyi xəbərə görə, bu barədə Çinin Milli Səhiyyə Komissiyası xəbər verir. Ümumilikdə xəstəlik 24.324 nəfərdə aşkarlanıb. Daha 23 260 nəfər virusa yoluxmaqda şübhəli bilinir, 185 555 nəfər isə nəzarətə götürülüb. Bundan əlavə, son 24 saat ərzində 65 nəfər ölüb, 3 887 nəfərdə koronavirus aşkar edilib. Onlardan 431 nəfərinin vəziyyəti ağırdır. Koronavirusla əlaqəli ölüm hallarının 479-u epidemiyanın mərkəzi olan Hubeydə baş verib. Burada xəstələrin sayı 16 678 nəfərə çatıb. 7News.Az