Çox insan yaşadığı bölgənin adət-ənənələrini mənimsəyir və bütün bu vərdişlərə sanki bir qanunmuş kimi əməl edir. Dünyanın müxtəlif bölgələrində bir-birindən fərqlənən olduqca qəribə, tükürpədici ənənələr mövcuddur.
7news.az publika.az-a istinadən həmin ənənələri təqdim edir:
Ölü ilə bərabər yaşamaq

İndoneziyada yaşayan Toraja adlı etnik qrup üçün cənazə mərasimi həyatın olduqca vacib hissəsi sayılır. Ailənin ölü üzvü geyimlərə bükülərək aylarca evin altında saxlanılır. Torajanlar ölən ruhun, dəfn olunduğu günə qədər onlarla bərabər olduğuna inanırlar. Ölən adamın cəsədi dəfn üçün hazır hala gəldiyində isə tabutu mağaranın içinə yerləşdirirlər. Mağaranın girişinə isə adamın heykəli qoyulur.
Qızıl Kobra

Hər il təşkil edilən və 13 mindən çox adamın qatıldığı Qızıl Kobra festivalı 7 ölkənin ordusundakı əsgərlərin iştirakı ilə reallaşır. Festivala qatılan ölkələr arasında Tailand, Sinqapur, ABŞ, İndoneziya, Yaponiya, Cənubi Koreya və Malayziya var. Tailandda reallaşan və 11 gün davam edən tədbir ərzində əsgərlər vəhşi həyatda necə sağ qalmağı öyrənirlər. Festivalın bir hissəsində isə kobra ilanının necə öldürülməsi və qanının içilməsi öyrədilir. Tədbirin uzun illərdir sıravi ənənəsi olan kobra qanı içmək əsgərlərin çox sevdiyi hissəsidir.
Ölü yemək

Hindistanın Varanasi şəhərində yaşayan və ölüləri yemələri ilə məşhur olan Aqhori Babalar sülaləsi var. Sivil cəmiyyətdən uzaq və gizli yaşayan Aqhori Babalar insanların ən böyük qorxusunun ölüm olduğuna inanır. Ölüləri yeyən Aqhori Babalar bununla ölümlə üzləşdiklərinə bildirirlər.
Ayı ibadəti

Yaponiyada olan Ainular təbiətə sitayiş etdikləri üçün müəyyən aralıqlarla qurbanvermə ənənələrini davam etdirir. Bu insanlar qurban olaraq ayını seçirlər. Onlar ayıları qurban etməklə insanların paklaşdırıldığına inanırlar. Bu ənənə üçün mağarada qış yuxusuna yatan bir ana ayı seçilir. Vəhşicə qətl edilən bu ayıların qanı içilib ətləri yeyilir.
Əl barmaqları

İndoneziyada yaşayan Dani qəbiləsində qadınlar ərləri öldükdən sonra onların yasını tutmaq üçün əl barmaqlarını kəsir. Bu ənənənin məqsədi, qadının əri ölsə belə onun arxasından getməyin şərt olduğunu bilməsidir. İnanca görə, kəsilən hər barmaq ölən kişini getdiyi yerdə güclü tutur.
Kilolu qadınlar

Moritanyada qadının gözəlliyi saçından, qaşından bilinmir. Bir qadın gözəl olmaq və evlənmək istəyirsə, ölkə içindəki bəzi meyarlara uyğun olmaq məcburiyyətindədir. Burada evlənmək istəyən qadınların çəkisi ən az 60, ən çox 100 kiloqram arasında olmalıdır. Moritanyada arıq qalmaq istəyən qadınlar cəzalandırılır.
Banan ilə yeyilən insan külü

Amazonda yaşayan dünyanın ən primitiv qəbiləsi Yanomamo üzvləri ölümün təbii bir hadisə olmadığını düşünürlər. Buna görə ölüləri yandırır, sonra da küllərini bananla qarışdırıb yeyirlər. Onlar bu adətlə ölənlərin həyatlarını davam etdirdiklərinə inanırlar.








