İtaliyada uzun illər mağazalarda alıcılara kokainli çay satılıb.
Olayın üstü isə təsadüf nəticəsində açılıb. Avtobus sürücülərindən biri yol polisləri tərəfindən saxlanılıb. Tibbi yoxlama zamanı sürücünün qanında kokain aşkarlanıb. Analizin cavabının çıxmasından sonra sürücü indiyə qədər bir dəfə olsun belə, dilinə narkotik maddə vurmadığını and-aman edib. Lakin yoxlamadan az əvvəl bitki çayı içdiyini bildirib. Elə məhz bundan sonra bəzi mağazalarda satılan çayların tərkibində narkotik maddə olduğu aşkarlanıb. Məlum olub ki, tərkibində kokain olan çaylar Perudan gətirilib. Bu ölkədə yüz illərdir ki, bəzi çayların tərkibinə narkotik əlavə olunması adi hal alıb.Yoxlamalardan sonra həmin çaylar satışdan yığışdırılıb./atv
7news.az








