İndoneziyalı yeniyetmə Ari Vibovo hər 41 gündən bir dərisini tökməyə səbəb olan dəri xəstəliyindən əziyyət çəkir.
16 yaşlı bu yeniyetmə "Erisroderma" adlanan dəri sindromundan əziyyət çəkir. Bu sindrom eyni zamanda "qırmızı adam" sindromu olaraq da tanınır və dərinin topa-topa tökülməsinə səbəb olur.
Həkimlər bunun bir çarəsinin olmadığını deyir.
16 yaşlı Ari gecə-gündüz hər saat bədənini islatmalı və qurumasının qarşısını almaq üçün hər 3 saatdan bir lasyon çəkməlidir.
İnsanlar xəstəliyi yoluxucu olar deyə Ariyə yaxın durmurlar. Hətta bir çox məktəb onu qəbul etmək istəmir.
Kənd insanlarının çoxu bunu xurafatla əlaqələndirir. Onların iddiasına görə, anası Ariyə hamilə olduğu vaxt evdə tapılan kərtənkələni işgəncəylə öldürdüyü üçün indi Ari bu vəziyyətdədir./big
7News.Az














