RU
İnaqurasiya qabağı Donald Tramp hörmətini itirməyə başlayıb
00:55
333

İnaqurasiya qabağı Donald Tramp hörmətini itirməyə başlayıb

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın inaqurasiya qabağı reytinqi aşağı düşməyə başlayıb.

Bu barəd məlumat Gallup şirkətinin keçirdiyi sorğudan sonra açıqlanıb. Bildirilir ki, soğruya əsasən amerikalıların yalnız 40 faizi Trampı dəstəkləyir. Mütəxəssislər isə bildirirlər ki, bu yeni prezidentin xeyrinə olan proses deyil.

Qeyd edək ki, ABŞ prezidenti olan Barak Obamanın seçildiyi dövrdə eyni sorğu aparılmışdı. Həmin dövrdə Obama 78 faiz səs qazanmışdı. Eyni sorğuda Kiçik Corc Buş 62%, Bill Klinton isə 66 % səs toplamışdı.

Gallup şirkəti bu sorğunu 4-8 yanvar tarixlərində, 18 yaşından yuxarı olan minlərlə insanla aparıb.

Xatırladaq ki, ABŞ-ın 45-ci prezidenti olacaq Donald Trampın inaqurasiya mərasimi yanvarın 20-də keçiriləcək./olke.az

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ