RU
Çində 14 mərtəbəli ticarət mərkəzində yanğın: 16 ÖLÜ VAR
16:30
80

Çində 14 mərtəbəli ticarət mərkəzində yanğın: 16 ÖLÜ VAR


Çinin Sıçuan əyalətində ticarət mərkəzində baş verən yanğında həyatını itirənlərin sayı 16-ya yüksəlib.

7NEWS.az xəbər verir ki, dünən yerli vaxtla saat 18:00 radələrində Çinin Sıçuan əyalətinin Ziqonq şəhərində 14 mərtəbəli ticarət mərkəzində baş verən yanğından sonra axtarış işləri tamamlanıb. Bölgə yanğınsöndürmə briqadasından verilən açıqlamaya görə, yerli vaxtla saat 03:00-da başa çatan xilasetmə əməliyyatı çərçivəsində daha 10 nəfərin cəsədinin tapılması ilə itkilərin sayı 16-ya yüksəlib. Binadan 75 nəfər xilas edilərkən, içəridə qalan hər kəsin çıxarıldığı bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ