Çində türmələrdən birində yeni növ koronavirusa kütləvi yoluxma halı baş verib.
TASS-ın yaydığı xəbərə görə, hadisə Şandun yarımadasında yerləşən həbsxanaların birində aşkar olunub.
Xəbərdə bildirilir ki, 200 məhkum koronavirusa yoluxub.
Bundan əlavə, həbsxanada işləyən 7 mühafizəçinin də bu virusa yoluxduğu müəyyən edilib.
Rəsmi adı Covid-2019 olan virus Çinin Uhan şəhərindən dünyanın bir çox ölkəsinə yayılıb.
7News.Az








