Çinin hüquq-mühafizə orqanları restoranlarda yol verilən cinayət xarakterli faktların üstünü açıb.
Yoxlamalar zamanı məlum olub ki, 35 restoranda yeməklərə tiryək qatılırmış. Məqsəd isə müştərilərdə həmin yeməklərə qarşı alışqanlıq yaratmaq və bununla da onları həmin ictimai-iaşə obyektlərinə cəlb etmək olub.
Narkotik vasitələrə əsasən düşbərə, əriştə və digər xörəklərdə rast gəlinib. Bu kimi əməllərə Şanxay da daxil olmaqla bir sıra şəhərlərin restoranlarında yol verilib.
Artıq 5 ictimai-iaşə obyektinin sahiblərinə qarşı ittiham irəli sürülüb. Qalanları barəsində isə istintaq davam edir.
Qeyd edək ki, Çində yeməklərə tiryəkin qatılmasıyla bağlı hallara əvvəllər də rast gəlinib./atv
7news.az








