Çinin Vençjou şəhərində 4 binanın çökməsi nəticəsində azı 8 nəfər həlak olub.
Xilasedicilər 13 nəfəri dağıntılar altından sağ çıxara bilib. Bir neçə nəfərin itkin düşdüyü güman edilir. Axtarış işləri üçün əraziyə bir neçə texnika və 700 nəfərdən ibarət canlı qüvvə cəlb edilib. Faciə gecə saatlarında baş verdiyindən sakinlər evlərində olub. Hadisənin səbəbləri araşdırılır.
7News.az







