RU
Çində 6 gündür ki, koronavirusdan ölən yoxdur
12:40
242

Çində 6 gündür ki, koronavirusdan ölən yoxdur

Koronavirusun meydana gəldiyi Çində son sutka ərzində infeksiya səbəbilə ölüm hadisəsi qeydə alınmayıb. 

7News.Az xəbər verir ki, ölkədə bu hal artıq 6 gündür təkrarlanır. Hökumətdən verilən açıqlamaya görə, son 24 saatda sadəcə 10 nəfərdə COVİD-19 simptomları aşkarlanıb.

Xatırladaq  ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl ictimaiyyətə açıqlamasında Çinin məlumatları şəffaf paylaşmadığını vurğulayıb.

Hazırda dünyada koronavirusdan ölənlərin sayı 184 minə, virus daşıyıcılarının sayı isə 2.6 milyon nəfərə çatıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ