RU
Çində 90%-ə yaxın xəstə SAĞALIB - Uhanda fövqəladə vəziyyət ləğv edilir
15:00
268

Çində 90%-ə yaxın xəstə SAĞALIB - Uhanda fövqəladə vəziyyət ləğv edilir

Çinin səhiyyə məsələləri üzrə Dövlət Komitəsi Pekin şəhərində COVİD-19 virusuna yoluxan xəstələrin hər gün azaldığını qeyd edib.

7News.Az axşam.az-a istinadən istinadən xəbər verir ki, virusun mərkəzi olan ölkədə indiyə qədər 81 093 yoluxma halı qeydə alınıb. Onlardan 72 703 nəfəri artıq koronavirusa qalib gəlib və xəstəxanalardan evə buraxılıb. Bu isə ümumi infeksiyaya yoluxmuş şəxslərin 89,65%-ni təşkil edir.

Qeyd edək ki, xəstələrin ən çox hissəsi Uhan şəhərinin yerləşdiyi Hubey əyalətinin payına düşmüşdü. Orada 67 800 yoluxma halı qeydə alınmışdı.

Hakim dairələr hesab edir ki, virus təhlükəsi ciddi dərəcədə azalıb. Buna görə də, aprel ayının 8-də Uhanda fövqəladə vəziyyət ləğv ediləcək.

Sakinlərin sərbəst hərəkətinə icazə veriləcək
 

 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ