Çinin cənubundakı Quandun əyalətində baş verən sürüşmə nəticəsində avtomobil yolunun çökməsi nəticəsində həyatını itirənlərin sayının 24-ə yüksəldiyi bildirilib.
7NEWS.az xəbər verir ki, ölkə mətbuatında yer alan xəbərlərə görə, Meycou şəhərində həddindən artıq yağışın səbəb olduğu torpaq sürüşməsi şəhərlərarası avtomobil yolunun 18 metrlik hissəsinin çökməsinə səbəb olub. Magistral yolun çökən hissəsində hərəkət edən 18 avtomobil yamacdan aşağı yuvarlanarkən, ilkin məlumatlara görə, qəzada 19 nəfər həyatını itirib.
7NEWS.az








