Çinin şimal-qərbindəki Qansu əyalətində dağ çayının daşması nəticəsində 3 nəfər ölüb, daha iki nəfər itkin düşüb.
Bu barədə "Sinxua" xəbər agentliyi məlumat yayıb.
Hadisə Baiyin şəhərində baş verib. Bundan əvvəl bölgəyə güclü yağışla bağlı xəbərdarlıq edilib.
Xilasedicilər axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.








