Çinin şimal-şərqindəki Heylonciang əyalətində "Xanın" tayfunun təsiri ilə artan yağışlar səbəbindən iki bölgədə daşqın təhlükəsinə qarşı "fövqəladə" xəbərdarlıq edilib.
7NEWS.az xəbər verir ki, Çinin Heylongciang əyalətində daşqın təhlükəsi ilə bağlı "qırmızı" xəbərdarlıq edilib. Əyalət meteorologiya mərkəzinin məlumatına görə, Ciamusi əyalətinin Tanqyuen rayonunda və Çitayhi əyalətinin Boli rayonunda gün ərzində hər kvadratmetrə düşən yağıntının miqdarının 100 millimetri keçəcəyi gözlənilir.
7NEWS.az








