RU
Çində dəhşətli daşqın: tarixi maksumum qeydə alındı, hər yer su altında qaldı (FOTO)
12:40
214

Çində dəhşətli daşqın: tarixi maksumum qeydə alındı, hər yer su altında qaldı (FOTO)

Çinin mərkəzi hissəsində baş verən fəlakətli sel Henan əyalətinin 215.000 hektardan çox hissəsini su altında qoyub. 

Qaynarinfo xəbər verir ki, buna bölgənin çaylarında güclü daşqınlara səbəb olan bir neçə gün davam edən leysan yağışlar səbəb olub. Çjençjou şəhəri yaxınlığındakı su anbarlarından birində bənd partlayıb, su yaşayış sahələrinə axıb. 

Şəhərin müxtəlif rayonlarında yerləşən bir neçə metereoloji stansiya orta gündəlik yağıntının tarixi maksimumu aşdığını qeydə alıb. Çjençjouda yolların bir hissəsi gəzinti və nəqliyyat üçün təhlükəli elan edilib, bir neçə metro stansiyası su altında qalıb, vilayət boyunca dəmir yolu və hava əlaqələri pozulub. Ümumilikdə, fəlakət zonasında təxminən üç milyon insan yaşayır, onlardan 250 mindən çoxu artıq təhlükəsiz yerlərə təxliyyə edilib.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ