Çin Futbol Assosiasiyasının keçmiş sədr müavini Li Yuyi 11 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Funksioner rüşvətxorluğa görə həbs edilib. Bundan əlavə, o, 1 milyon yuan (təxminən 140 min ABŞ dolları) cərimə də ödəməlidir.
Li Yuyinin rüşvət şəklində aldığı əmlak da dövlətə təhvil verilməlidir.








