Çinin Sıçuan əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
7news.Az-ın Trend-ə isitnadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində yaralanaların sayı isə 175 nəfərdir.
----
Çinin Siçuan əyalətində 7 bal gücündə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 9 nəfərə, xəsarət alanların sayı isə 164 nəfərə çatıb.
7news.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli administrasiyanın məlumatında bildirilir.
Qeyd edək ki, ötən gün yerli vaxtla 21.19-da (Bakı vaxtı ilə 17.19-da) qeydə alınan təkanlar yer səthindən 8 km dərinlikdə baş verib. Yeraltı təkanlar 20 mindən çox evə ziyan vurub. Zəlzələdən sonra bir-birinin ardınca 100-dən çox afterşok qeydə alınıb.
7news.Az








