7NEWS.az xəbər verir ki, Sinxua agentliyinin məlumatına görə, bazar günü axşam saatlarında məktəbin idman zalının damı uçub. Bölgə yanğınsöndürmə və xilasetmə qruplarının verdiyi açıqlamada çökmə zamanı zalda 19 nəfərin olduğu bildirilib. Dağıntılar altında qalan 4 nəfər öz vasitələri ilə dağıntılar altından xilas olarkən, 15 nəfər isə köməksiz vəziyyətdə qalıb. Səlahiyyətlilər dağıntılar altında olan 11 nəfərin cəsədlərinə çatdırıldığını, 4 nəfərin isə yaralı olaraq xilas edildiyini açıqlayıb.
7NEWS.az








