RU
Çində it həkimləri huşunu itirmiş sahibinin yanına apardı - VİDEO
16:10
384

Çində it həkimləri huşunu itirmiş sahibinin yanına apardı - VİDEO

Sahibinin həyatını xilas etmiş itin görüntüsü sosial şəbəkədə böyük marağa səbəb olub.

7News.Az "New York Post”a istinadən xəbər verir ki, insident Çinin Şansi vilayətində baş verib.

Qızılı retriveri ilə gəzintiyə çıxan qadın anidən huşunu itirib. İt özünü itirməyərək, yolun kənarına çıxıb və kömək gözləyib. İt yoldan keçənlərin diqqətini çəkib, onlar baş verəni öyrənərək, təcili tibbi yardım çağırıb.

Həkimlərin gəlişindən sonra it onları sahibinin yanına aparıb.

"Yol boyu fırlanıb maşına geri baxırdı, görsün, onun dalınca gəlirik, ya yox. Buna əmin olduqdan sonra yerindən götürülüb və sahibinin yanına qaçıb”, - deyə həkimlərdən biri söyləyib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ