RU
Çində itləri sığınacaqdan götürüb onların ətindən qida hazırlayan qadın ələ keçdi
12:40
32

Çində itləri sığınacaqdan götürüb onların ətindən qida hazırlayan qadın ələ keçdi

Çində itləri sahiblənmək adı ilə sığınacaqdan götürən, sonra isə onları öldürüb, ətindən qida bişirən şəxs saxlanılıb.

Bu barədə yerli "South China Morning Post" nəşri məlumat yayıb.

Qeyd olunur ki, qadın sığınacaqlara müraciət edərkən başqa addan istifadə edib. Daha sonra canlıları öldürərək, onlardan yemək bişirib və hazırladıqlarını sosial şəbəkələrdə paylaşıb.

Hadisə Çində ciddi səs-küyə səbəb olub.

Polis işə qarışandan sonra qadın sosial şəbəkələrdəki hesablarını bağlayıb. Hadisənin digər təfərrüatı açıqlanmır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ