Çinin şimalındakı Daxili Monqolustan Muxtar Rayonunun Alaşan bölgəsində kömür mədənində baş verən çökmə nəticəsində azı 57 nəfər itkin düşüb.
Məlumatı Çin Mərkəzi Televiziyası yayıb.
Bildirilib ki, mədəndə uçqun baş verib.
Hadisə yerinə 200-ə yaxın xilasedici və təcili yardım briqadaları cəlb olunub.
Axtarış-xilasetmə əməliyyatı davam edir.








