RU
Çində kişi 2 şagirdi bıçaqlayıb öldürdü, yaralılar var
16:00
344

Çində kişi 2 şagirdi bıçaqlayıb öldürdü, yaralılar var

Çinin Şanxay şəhərində məktəblilərə hücum olub.

7news.Az "RİA Novosti”yə istinadən xəbər verir ki, naməlum kişi Syuexuey rayonunda yerləşən məktəbin qarşısında şagirdlərə bıçaqla hücum edib. Onun hədəfi 3 uşaq və bir qadın olub. Məlumata görə, uşaqlardan ikisi ölüb, digər məktəbli və qadın isə yaralanıb.

 

Polis yoldan keçənlərin köməyi ilə həmin şəxsi tutub. Məlum olub ki, hadisəni törədən 29 yaşlı işsiz biridir. O, iş tapa bilmədiyini görə cəmiyyətdən intiqam almaq üçün bu addımı atdığını deyib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ