7NEWS.az xəbər verir ki, Çinin Quizhou əyalətinin Panquan şəhərində Şanjiaoshu kömür mədənində yanğın baş verib. Səlahiyyətlilər yanğında 16 mədənçinin həyatını itirdiyini açıqlayıb. Səlahiyyətlilər bildiriblər ki, ilkin araşdırmalar nəticəsində həyatını itirən şaxtaçıların konveyerin alov alması nəticəsində sıxışıb qaldıqları, şaxtada baş verən yanğının söndürüldüyü müəyyən edilib.
7NEWS.az








