RU
Çində körpünün uçması nəticəsində 11 nəfər öldü
12:10
52

Çində körpünün uçması nəticəsində 11 nəfər öldü

Çinin şimal-qərbindəki Şensi əyalətində magistral körpünün uçması nəticəsində 11 nəfər ölüb.

7News.Az APA-ya istinadən bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd olunur ki, xilasedicilər çaya düşmüş beş avtomobil aşkar ediblər.

Xilasetmə işləri davam edir.

Körpünün uçmasına səbəb güclü yağış olub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ