7NEWS.az xəbər verir ki, Doxuri qasırğasının təsiri ilə Pekin, Tianjin şəhəri və Hebey əyalətində şənbə günü başlayan və dörd gündür təsirli olan şiddətli yağışlar nəticəsində ölənlərin sayı 21-ə yüksəlib. Bu gün Pekinin ən çox zərər çəkmiş bölgələrindən biri olan Fanqşan rayonunda itkin düşmüş axtarış-xilasetmə heyətinin cəsədi tapılıb, paytaxtda ölənlərin sayı 12 nəfərə çatıb. Pekində 26, Hebeydə 6 nəfərdən hələ də xəbər yoxdur.
7NEWS.az








