RU
Çində oyuncağın fitini udan uşaq əlacsız qaldı – VİDEO
11:40
188

Çində oyuncağın fitini udan uşaq əlacsız qaldı – VİDEO

Çinin Sian şəhərində (Şensi əyaləti) balaca qız oyuncağın fiti ilə oynayarkən gözlənilmədən onu udub.

"Daily Star” xəbər verir ki, söz yerinə fit səsi çıxaran uşağı görən valideynləri onu dərhal xəstəxanaya aparıblar.

Həkim qızdan nəfəs almağı xahiş etdikdə uşaq əlacsız şəkildə fit səsi çıxarmağa məcbur olub.

Qeyd etmək lazımdır ki, plastik fit onun traxeyasına gedib.

Həkimlər cərrahi müdaxilə edərək doqquz saat ərzində fitin bir hissəsini uşağın ağ ciyərlərindən çıxarda biliblər.

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ