7NEWS.az xəbər verir ki, Çinin Quanqdonq əyalətindəki zoopark, illərdir ziyarətçilərinə panda kimi təqdim etdiyi iki heyvanın əslində boyanmış chow chow cins itləri olduğunu etiraf edib. Bu maraqlı hadisə "Douyin" (Çin TikToku) sosial media platformasında paylaşılan bir video ilə ortaya çıxdı və qısa müddətdə viral oldu.








