7NEWS.az xəbər verir ki,Çinin Hebey əyalətində toyuq restoranında dünən baş verən partlayış nəticəsində ölənlərin sayı artır. Sanhe bölgəsində bir restoranda qaz sızması nəticəsində baş verən partlayışda həyatını itirənlərin sayı 7-yə, yaralananların sayı isə 27-yə yüksəlib.
Səlahiyyətlilər yaralılardan 14 nəfərin müalicə olunduqdan sonra xəstəxanadan buraxıldığını bildirib. Səlahiyyətlilər ətrafdakı iş yerlərinə və park edilmiş avtomobillərə böyük ziyan vuran partlayışla bağlı araşdırma başladıldığını qeyd edərək, hadisə yerində xilasetmə işlərinin bitdiyini açıqlayıb.
Ötən il Çinin Ninxia Hui Muxtar Bölgəsinin mərkəzi olan Yinçuan şəhərindəki restoranda partlayış baş vermiş, 31 nəfər, o cümlədən orta məktəb şagirdləri ölmüşdü. Çin prezidenti Xi Jinping insidentdən sonra ölkə daxilində təhlükəsizlik tədbirlərinə yenidən baxılması barədə göstəriş verib.
7NEWS.az








