7NEWS.az xəbər verir ki, Çinin şərqindəki Jiangsu əyalətinin Suqian şəhərində tornado baş verib. Daxing və Nancai rayonlarında təsirli olan tornado səbəbindən avtomobillər uçub, elektrik xətləri sıradan çıxıb və yer müharibə zonasına çevrilib. Tornadonun yaratdığı qəzalarda 4 nəfərin öldüyü, 5 nəfərin yaralandığı və xəstəxanaya yerləşdirildiyi açıqlanıb.
7NEWS.az








