"Tesla" avtomobilləri Çində müəyyən küçələrdə, marşrutlarda və dayanacaqlarda qadağan edilib. Təhlükəsizliklə bağlı olan bu məhdudiyyətlər sürətlə artmağa başladı.
7NEWS.az xəbər verir ki, Çində milli təhlükəsizlik riskləri səbəbiylə "Tesla" elektrik avtomobilləri getdikcə daha çox bölgədə qadağan olunmağa başlayıb. Bu məhdudiyyətlər müəyyən küçələrə, marşrutlara və dayanacaqlara şamil edilir. Əvvəllər yalnız hərbi bazalarla məhdudlaşırdı. Nikkei Asia tərəfindən verilən xəbərlər bu mövzuda mühüm detallara işıq salır.
7NEWS.az








