RU
Çində uyğurlara yeni təzyiq növü
21:45
1004

Çində uyğurlara yeni təzyiq növü

Çində yaşayan uyğur türkləri ölkə daxilinə səyahət edərkən DNK nümunələrini təqdim etməlidirlər

7news.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Çinin şimali-qərbində yerləşən Sintsyan Uyğur Muxtar Rayonuna (SUMR) səyahət etmək istəyən uyğurlar yerli hakimiyyət orqanlarına lazımi sənədlərlə birlikdə DNK test nümunələrini də təqdim etməlidirlər.

Bu qaydalar Ramazan ayının gəlişi ilə əlaqədar tətbiq olunur.

Belə ki, İli-Qazax muxtar dairəsində yaşayan uyğurlar SUMR-a səfər edərkən DNK nümunələrini, barmaq izlərini və üç ölçülü fotoşəkillərini təqdim etməlidirlər.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ