RU
Çində virusa görə PULLARI MƏHV EDƏCƏKLƏR
16:10
291

Çində virusa görə PULLARI MƏHV EDƏCƏKLƏR

Çin hökuməti ölümcül koronavirusun ən çox yayıldığı bölgələrdən yığılan pulun bir hissəsini məhv etmək qərarına gəlib.

7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Business Insider" yazır.

Məhv ediləcək pulun miqdarı açıqlanmır.

Bu məsələ xəstəxana, bazar və avtobuslarda, eləcə də infeksiyanın yayıldığı digər yerlərdə toplanan əskinaslara aiddir. Onlar Quançjouda utilizasiya ediləcək.

Çin Mərkəzi Bankı, həmçinin, kommersiya kredit təşkilatlarına xəstəlik yayılan ərazilərdən gələn pulları ayrı saxlamaq barədə göstəriş verib.

Məhv olunmayan əskinaslar dezinfeksiya olunacaq. Pulları ultrabənövşəyi işıqla emal etmək və təkrar dövriyyəyə buraxılmadan öncə iki həftəlik karantində saxlamaq planlaşdırılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ