RU
Çində xəstəxanada yanğın: 29 nəfər öldü
18:31
479

Çində xəstəxanada yanğın: 29 nəfər öldü

Çinin paytaxtı Pekində özəl xəstəxananın stasionar bölməsində baş verən yanğında həyatını itirənlərin sayı 29-a yüksəlib.

7News.Az xarici mediaya istinadən xəbər verir ki, səlahiyyətlilər dünən günortadan sonra Fingtay bölgəsindəki Pekin Changfing Xəstəxanasında baş verən yanğında daha 8 nəfərin öldüyünü bildirib.
İlk təsbitlərə görə, yanğında can itkisi 29-a yüksəlib.

Yanğının baş verdiyi xəstəxanada ambulator xidmətlər dayandırılıb. Bundan başqa, xəstəxananın bağlı olduğu şirkətin səhm əməliyyatları dayandırılıb.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ