RU
Çində xəzinə tapıldı
00:30
442

Çində xəzinə tapıldı

Çində qədim ailə məzarlığında aparılan arxeoloji qazıntılar zamanı iki min il yaşı olan xəzinə tapılıb.

Məzarlıq Batı Xanlığı sülaləsinə (miladdan öncə 206, miladdan sonra 24-cü illər) mənsub olub. Orada at dırnağı şəklində 25 qızıl külçə və 50 qızıl sikkə aşkarlanıb.

Bu tapıntı indiyədək həmin xanlığın məzarlığından aşkarlanan ən qiymətli əşyalar sayılır. Qızıl sikkələrin hər birinin çəkisi 250 qram, külçələrin ağırlığı isə 40-250 qram arasındadır. Bu xəzinə Hayhunhov bəyliyinin sərdabəsindəki otaqlarda bir yatağın altındakı üç qutuda saxlanılırmış./Azərtac

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ