RU
Çində yük gəmisi körpüyə çırpılıb: 4 nəfər itkin düşüb
15:50
15

Çində yük gəmisi körpüyə çırpılıb: 4 nəfər itkin düşüb


7NEWS.az xəbər verir ki, Çinin Fujian əyalətindən yola düşən 4900 ton polad daşıyan gəmi yerli vaxtla saat 21.20 radələrində Quandun əyalətinin Foşan şəhərində Jiujiang körpüsünün ətəyinə çırpılıb. Yerli hakimiyyət orqanlarından verilən açıqlamada, göyərtəsində 11 ekipaj üzvü olan gəminin anbarının qəzadan sonra su almağa başladığı və saat 23.40 radələrində batdığı bildirilib. Bölgədəki fövqəladə hallar idarəsindən verilən açıqlamaya görə, ekipajdan 7-si xilas edilib, itkin düşən 4 nəfərin tapılması üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb.


7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ