Sərnişin avtobusu və motosikletin də olduğu 5 nəqliyyat vasitəsinin körpüdən aşdığı qəzada ilkin təsbitlərə görə 2 nəfər həyatını itirib.
7NEWS.az xəbər verir ki, Çinin Quanqcou şəhərində İnci çayı üzərindəki Lişinşa körpüsünün orta hissəsi yük gəmisinin daşıyıcı sütunlara çırpılması nəticəsində çöküb.İlkin məlumata görə, 2 nəfər həyatını itirib. Ölkə mətbuatında yer alan xəbərə görə, qəza zamanı bir sərnişin avtobusu və bir motosiklet də daxil olmaqla 5 nəqliyyat vasitəsindən üçü suya, ikisi körpünün sütunları arasında ilişib qalmış gəminin üzərinə düşüb.
7NEWS.az