7NEWS.az xəbər verir ki, ABŞ-da yerləşən "Wall Street Journal” qəzetində dərc olunan hesabata görə, Çin hökumətinə bağlı qurumlarda çalışanlara ABŞ-da yerləşən "Apple” şirkətinin istehsalı olan iPhone və digər xarici markalı cihazlardan iş yerində istifadə etmək və onları ofisə gətirmək qadağan edilib. Xəbərdə sözügedən göstərişin ötən həftələrdə yüksək səviyyəli rəhbərlər tərəfindən işçilərə verildiyi, lakin müraciətin əhatə dairəsi ilə bağlı kifayət qədər məlumat olmadığı bildirilib.
7NEWS.az








