Çin Xalq Bankı 1 illik siyasət faizini 10 əsas bənd azaldaraq 2,65 faizə endirib.
7NEWS.az xəbər verir ki, Çin Xalq Bankı (PBoC) iqtisadiyyatdakı yavaşlamaya qarşı siyasət faizini aşağı salaraq monetar genişlənməyə gedəcəyinin siqnalını verdi. PBoC 1 illik faiz dərəcəsini (MLF) 10 əsas bənd azaldaraq 2,75 faizdən 2,65 faizə endirib. Banklara öz qiymətli kağızları müqabilində PBoC-dan orta müddətli kreditlər almağa imkan verən mexanizm vasitəsilə bazara 237 milyard yuanın (təxminən 33 milyard dollar) köçürülməsi hədəflənir.
7NEWS.az








