RU
İndiyədək 51 uşaq bağçasının direktoru vəzifəsindən azad olunub, bir neçə yüz şəxs cəzalandırılıb
14:20
210

İndiyədək 51 uşaq bağçasının direktoru vəzifəsindən azad olunub, bir neçə yüz şəxs cəzalandırılıb

"Uşaq bağçalarında aparılan monitorinqlər hər zaman davam edəcək, çünki bu, dövrü prosesdir”.

Bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, bu günə qədər 51 uşaq bağçasının direktoru vəzifəsindən azad olunub, bir neçə yüz adama töhmət verilib və xəbərdarlıq edilib: "Problemlər çoxdur, həlli qısa zaman ərzində mümkün deyil. Sadəcə səbrli olmalıyıq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ