Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları indiyədək 17 min 977 ipoteka krediti verib.
7news.az məlumatına görə, AİF-dən Azərtac-a bildiriblər ki, Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 729 milyon 837 min 520 manatdan çoxdur.
AİF 2006-cı ilin martından ipoteka kreditlərinin verilməsinə başlayıb.
7news.az








