Sim-Sim.az xəbər verir ki, İndoneziya Respublikasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti Multikulturalizm Mərkəzinin qonağı olub.
Oktyabrın 21-də İndoneziya Respublikasının İnsan Hüquqları üzrə Milli Komissiyasının sədri Nur Xolisin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin qonağı olub. Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov qonaqları salamlayıb və onlara Mərkəzin həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Nur Xolis Azərbaycanda multikultural və tolerant mühitin yüksək səviyyədə olduğunu deyib. O, ölkəmizdə multikulturalizm siyasətinin uğurla aparıldığını qeyd edib.








